191
Ekspromt” – “Tofiq Quliyev əsərlərinin mövzusunda caz kompozisiyalar ”ı adı
altında Vaqifin yazdırdığı final diskinin dramatik kulminasiyasıdır. Heç bir mənası
yoxdur onu araşdırmağın, təhlilə çəkməyin. “Ekspromt” – əvvəlcə dediklərimizin
və bütün mətn boyu müxtəlif improvizələrdə təkrar etdiklərimizin hamısıdır:
başdan-başa gərginlikdir, başdan-başa fədakarcasına özünü unutqanlığdır,
başdan-başa bir nəfəsdir, başdan-başa bir axındır, bir cərəyandır. “Ekspromt” –
bu, odur ki, burada hər şeyə yer var və burada heç nəyin yeri yoxdur. Ona görə
ki, hər şey musiqidir. Musiqi isə etirafdır.
Sonuncu qastrol
Heç kim heç vaxt Vaqifə deməyib ki, o, anadangəlmə solistdir və bu musiqiçiyə
özünə tay, özünə uyğun tərəfmüqabillər tapmaq çətin olacaq. Vaqifin özü də,
yəqin ki, uzun müddət heç bu barədə fikirləşməyib. Hərçənd onun təbiətinə
solo ifa eləmək, mərkəzi rollara sahib çıxmaq meyli yad deyildi.
Mustafazadə çalışmırdı ki, onunla çalan musiqçiləri arxa planda saxlasın, onları
ört-basdır eləsin.
119
Əksinə, o həmişə layiqli və istedadlı tərəfmüqabillər seçirdi
özünə.
Həmfikirlər, tərəfmüqabillər yox, tərəfdaşlar, arxadaşlar axtarırdı: onun kimi cazı
duyan, caz haqqında düşünən və cazı onun kimi başa düşən adamları yığırdı
başına. Ömrünün çox hissəsini beləcə axtarırdı. Amma, görünür, onu tamam
qane eləyə biləcək, onun musiqi təfəkkürünə uyğun ola biləcək nəsnələri ta-
pammırdı. Son illərdə tez-tez belə bir fikrə gəlirdi ki, tək çıxış eləsin. Nadir hal-
larda – Elza ilə, müstəsna vəziyyətlərdə ya kontrabas, ya da zərb ifaçısı ilə. Özü
də bu seçim heç də təsadüflə diktə olunmamışdı.
Olur ki, həyatda birdən-birə hər şey qurtarır və müəyyən bir hüdud, sərhəd
qarşısında dayanırsan: artıq güc qalmayıb. Hər şeyi atmaq, unutmaq istəyirsən,
barmaqlarını tərpədib heç nə ilə məşğul olmaq istəmirsən. Əksərən bu
məqamlar çox uzanır. Bax, onda adam lazımdır ki, səni təngə gətirmədən, səni
bezdirmədən səni inandırmağı bacarsın ki, hər şey tərsinədir.
Elza mənim üçün belə bir adam idi.
Yenidən işləmək istəyirdin.