193
Mən həmişə fikirlərimi onunla bölüşürəm, eskizlərimi, qaralamalarımı ona
göstərirəm. Musiqi, yaradıcılıq haqqında onunla mübahisələr aparıram.
Hərdən elə də olurdu ki, nəyisə Elza mənə deyirdi, “demirdi” düz olmadı, yox,
təklif edirdi tematik materialın sonrakı inkişaf variantını. Onunla maraqlıdır və
yaradıcı şəkildə işləmək olur (Vaqif Mustafazadə).
120
Heyfsilənirdimi ki, tək çıxış etmək fikrinə əvvəllər düşməyib? Cavab verə
bilməyəcəyəm. Yalnız onu bilirəm ki, həyatında heç nəyə heyfsilənməyən adam
ya axmaqdır, ya savadsızdır, ya da öz taleyində hər şeyin göylərdən gəldiyinə
inanan sarsaq fanatik.
1979-
cu ildə “Muğam”ın sıx qastrol cədvəlində dekabr gününə, saatına qədər
elə paylaşdırılıb ki, Yeni il hökmən Bakıda qarşılansın.
Daşkənd, Səmərqənd, Frunze (indiki Bişkək) və... evə: hərə öz ailəsinə, bayram
süfrəsinin arxasına, Yeni il şənliklərinə, təbriklərə doğru yollanacaq. Elə buna
doğru da gedirdi hər şey.
16
dekabr Daşkənddə növbəti – Allah bilir həyatında neçənci? – çıxışıdır.
Səhərdən, düzdür, bir balaca ürəyi sancmışdı. Günortaya daha da pisləşdi.
Mehmanxananın tibb məntəqəsinin həkimi ürək damcıları verdi, iynə vurdu.
Kömək eləmədi. Axşama yavuq yeri vardı ki, konsert təxirə salınsın.
Nə tələb olunurdu ki - təxirə salmaq və uzanıb istirahət eləmək. Bəlkə elə belə
də eləyərdi, bəlkə elə belə də eləyərdi... əgər onu Vaqif adıyla çağırmasay-
dılar, əgər onun soyadı Mustafazadə olmasaydı. Əgər həm Vaqifdirsə, həm
Mustafazadədirsə, onda heç bir təxirdən söhbət gedə bilməz: deməli, səhnəyə
çıxmaq lazımdır, deməli, əvvəlcə musiqidir, cazdır, tamaşaçıdır və yalnız sonra
ürək və sağlamlıq.
Əgər futbolda oyun hər cür hava şəraitində keçirilirsə, Vaqifdə konsert sağlam-
lığın hər cür vəziyyətində çalınır.
Konsert aramsız alqışlarla müşayiət olundu. Amma musiqini ifa eləyə-eləyə du-
yurdu ki, tablamır, duyurdu ki, qurtardı, duyurdu ki, 10 il öncə olduğu kimi
harasa axır, batır, yox olur. Rəngi ağarmışdı, göz bəbəklərini qapayan örtüyün