218
O, da atası kimi bələyi ilə qarışıq musiqi içinə, musiqi dünyasına düşmüşdü. Yenə
həmin Böyük Qala küçəsindəki birotaqlı mənzil; yenə həmin muğam, klassika,
xalq mahnı və melodiyaları... Amma Vaqifdən fərqli Əzizə birdən-birə atılmışdı
caz mühitinə. Ondan gizlənmək də olmazdı axı. Harada gizlənəsən ki, əgər evdə
səhərdən axşamacan gah “Sevil”in məşqləridir, gah instrumental trionun, gah
papa”nın solo improvizələridir, gah disklərdir, gah da maqnitofon yazıları. Səbəb
də elə budur ki, Əzizə uşaqlıqdan klassik, romantik, impressionist musiqini, yəni
Baxı, Motsartı, Bethoveni, Şopeni, Debüssini, Raveli sevə-sevə, improvizələrin
gözəlliyinə üstünlük verirdi.
Oxumağa başlayıb Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və əlüstü də məlum
olub ki, fortepiano ilə məşğuliyyət onun çoxtərəfli istedadının yalnız bir hissəsidir. O,
vokal və kompozisiya məşğələlərini heç də pis yerinə yetirmir.
Görünür ki, Əzizəyə burada oxumaq asan başa gəlib. Ona görə də elə-belə sözarası
demək mümkün idi ki, “mən, ümumiyyətlə, evdə az məşğul olurdum”.
Az məşğul olurdum” deyimi, əslində, məşğuliyyətin, həqiqətən, az bir tərəfidir.
Çünki “məcburi” sinif məşğuliyyətindən əlavə Əzizə məktəb illərində müxtəlif caz
uğurlarına imza atırdı, özünü dözümlü bir ifaçı kimi tanıtdırırdı, akademik fortepiano
janrlarında yazılmış əsərlərin təfsirçisi kimi çıxış edirdi.
1985-
ci ildə ixtisaslaşmış orta təhsil məktəblərinin musiqiçi-ifaçıları arasında Üzeyir
bəyin 100 illiyi münasibətilə keçirilən V Respublika Müsabiqəsinin Birinci dərəcəli
diplomu ilə təltif edilir. Yenə həmin 1985-ci ildə VII Zaqafqaziya Müsabiqəsində
müsabiqədən kənar (yaş məhdudiyyətinə görə) dinləmələrdə iştirak etdiyinə görə
həvəsləndirici diplom alır.
Hətta dünya üzrə caz şöhrəti qazandıqdan sonra da Əzizə deyəcək: “Mənim musiqi
özülüm klassik musiqidir və mən gərək razılaşım ki, bu mənim həyatımda çox
dəyərli bir şey olub... və mənim intellektual inkişafım üçün əla zəmin yaradıb”.
139
İstisna edilmir ki, əgər o, “klassik” musiqi ilə peşəkarcasınaməşğul bir ailədə doğulsaydı,
bu qız Şopen və ya List adına müsabiqələrin laureatı olacaqdı. Əvəzinə isə – yenidən
Tiflis Caz Festivalının uğuru və yenidən qızılı zərvərəq üzlü medal; əvəzinə isə –
1987-
ci ildə “Debüt” müsabiqəsində vokal üzrə qələbə; əvəzinə isə – və demək olar
ki, həmin dövr üçün bu, qəti inanılımazdır! – yenə həmin 1987-ci ildə Vaşinqton