21
olmuşdular, qonaq olub uzun müddət yaşamışdılar, yaşayıb yaratmışdılar, yaradıb
müasir sənət qavrayışına pozitiv təsir göstərmişdilər.
Bayaq xatırlatdığımız Qorodetski 1911-ci ildə Nikolay Qumilyovla birlikdə Peter-
burq şəhərində “Şairlərin ilk sexi” adlı bir qurum təsis elədi, 1920-ci ildə isə Bakıda
onu analoji şəkildə təkrarladı, 1921-ci ildə də “İskusstvo”
14
jurnalının redaktorluğu
ilə məşğul oldu.
Qorodetski, eynən Kruçonı kimi, RUSTA-nın (Rusiya Teleqraf Agentliyinin satira
pəncərəsi – şərh tərcüməçinindir) Bakı şöbəsində işləyirdi. Hər iki şair yerli mətbuatla
fəal əlaqə saxlayır və öz şeirlərini çapa verirdilər. Bundan əlavə, Kruçonı məhz Ba-
kıda özünün “Zamaul”
15
adlı poetik anlayışlara və poetik fakturaya həsr olunmuş
nəzəri araşdırmasını tamamlayıb nəşr elətdirmişdi.
Simvolist şair, filoloq və filosof Vyaçeslav İvanov Bakı Dövlət Universitetinin pro-
fessoru kimi klassik filologiyadan dərs deyirdi, elə oradaca doktorluq dissertasi-
yası müdafiə eləmişdi və bu işin əsasında “Dionis və erkən dionisçilik”
16
kitabı-
nı hazırlamışdı. Heykəltəraş Erzya, xalq sənətinin bir vurğunu olsa da, hətta ən
ideoloji” abidələrin görkəminə belə modernist cizgi və elementlərdən müəyyən
nişanələr qoyurdu. İnqilabçı-avanqard dəst-xəttin təmsilçisi, “təşviqatçı, gursəs
başçı” Vladimir Mayakovskinin Bakıya gəlişi də novatorçuluğun yayılmasında heç
də az rol oynamamışdı. Bu əsnada şəhər mədəniyyətilə sıx əlaqədə olan futurist
şair Vasili Kamenskini də, futurist rəssam Sergey Sudeykini də unutmaq olmaz.
Sadə və birmənalı qavranılmayan onilliyin tam mənzərəsini yaratmaq iddiasından
vaz keçib situasiyanı bir balaca aydınlatmaq istərdik ki, niyə məhz iyirminci illər, həm
siyasi, həm sosial, həm də mədəni qatlarda, cazın SSRİ-yə daxil olması və gəlişməsi
üçün uğurlu zaman oldu. Axı bu musiqi hələ başlanğıcdan öz azadlıqsevərliyi və
gözlənilməzliyi ilə totalitar ideoloji doktrinlərə yad bir musiqi idi!!!
Sex”in üzvləri sırasında A.Axmatova, O.Mandelştam, Vas.Gippius, V.Narbut, A.Tolstoy
da vardı...