230
Postlüdiya
Vaqif heç qırxacan yaşamadı. Lakin onun həyatını adi təqvim illəri, təqvim ayları,
təqvim həftələri, təqvim günlərilə ölçmək olmaz. O, bizim vərdiş elədiyimiz tarix
hesablamalarının dışındadır. Onun yarımçıq qalmış qırxı, əslində, o qədər böyükdür
ki, ora bir neçə uzunömürlü insanın həyatı sığışar.
Hər şeyi bilən statistika müasir metodologiyalardan yararlanıb və müəyyənləşdirib
ki, əgər kimsə Mosartın bütün əsərlərini əllə köçürmək işinə girişsə, ona fasilə
vermədən, yəni yuxuya, yeməyə və digər insana vacib məsələlərə ayrılmadan
düz
60
il
vaxt lazım olacaq! Mosartın həyatı isə cəmi natamam 36 il çəkdi: 36 il?!
Təsəvvür edirsinizmi? Əlbəttə ki, yox. 60 hara, 36 hara? Amma Mosart bacarıb
bu 36 ilə bütün əsərlərini yazdı və hələ üstəlik bir fürsət də tapıb ora-bura
qaçdı, şənləndi, ürəyi istəyən qədər əyləndi, ömrünü yandıra-yandıra keçdi bu
dünyadan.
Ya da Frans Peter Şubert. 31 il, 9 ay, 19 günlük ömür ayırmışdı tale ona bu həyatda.
O isə imkan tapıb musiqi romantizminin banilərindən biri, romantik simfoniya,
fortepiano miniatürü janrlarının, proqram səciyyəsi daşıyan nəğmə-vokal silsiləsinin
və 1000-ə yaxın musiqi əsərinin yaradıcısı oldu.
Və ya Frederik Şopen də elə Vaqifin yaşadığı qədər yaşadığı bir ömür intervalında
fortepiano sənətilə bağlı təsəvvürləri alt-üst elədi...
Yaxud...
Burada çalışıb nəyi başa düşəsən, nəyi izah eləyəsən, nəyi yonub-düzəldib bizim
adi zaman qavrayışımızın, zaman ölçülərimizin, zaman kəsimlərimizin içinə
salasan? Nəyi demək, nəyi anlamaq, nəyi aydınlatmaq ki, nə vaxt hər şey apriori
öz-özünə bəllidir? Axı burada söhbət səda, ritm, intonasiya, harmoniyanın absolyut
müşahidəsindən, onun absolyut
dinlənilməsi
eşidilməsindən
gedir. Nəyi anlayıb
nəyi anlatmaq ki, nə vaxt insan idrakın və hissiyyatın dışına çıxır və hüdudsuz
musiqi ideyalarının dünyasını kəşf edir? Nəyi anlamaq və nəyi izah etmək ki, nə
vaxt musiqi ideyaları, sədaları, ritmləri, temalar və harmoniyalar dünyası yaradıcı
şəxsiyyətdən ötrü insanı izləyən ağrılardan, ona bir an da rahatlıq verməyən,
daim içəridə yaşayan ruhi iztirablardan qaçıb xilas olmaq üçün bir hücrədir? Nəyi
anlamaq və nəyi izah etmək ki, nə vaxt
musiqi
subyektiv əzablardan, üzüntülərdən,