24
Əgər akademik cəmiyyətdə caz belə rezonans oyatmışdısa, onda akademik ol-
mayan musiqi mühiti haqqında nə demək olardı?! Avropanın paytaxt şəhərləri
sənətin bu dinamik, son dərəcə emosional, insanı yerindəcə dingildədən sənət
növündən riqqətə gəlib “xəstələnmişdilər”. Hamıdan daha çox Paris əziyyət çəkirdi
xəstəlikdən”. Səbəbləri bəllidir: hər şeydən öncə genetik şəkildə fransızlara xas
azadlıqsevərlik; müharibənin dağıntılarını, məşəqqətlərini tezliklə unutmaq cəhdi;
Birinci Dünya Savaşından sonrakı əyləncə və istirahət aclığından qurtulmaq istəyi;
qara” amerikalıların Parisdə vaxtaşırı təkrarlanan çıxışları; dünyada və müasirlikdə
yeni nə varsa, hamısını öz yaşayışına gətirən parisli həyatı və Fransanın paytaxtında
müxtəlif, bir-birinə tamam zidd, yad üslubların, cərəyanların, rəssamların, şairlərin,
musiqiçilərin qəribə şəkildə yan-yanaşı mövcud olması. Və bir də o yəqin ki, iki
dahi musiqiçinin orada yaşaması ucbatından iyirminci illərin Parisi dönüb olur caz
Məkkəsi. Bunlardan biri saksofonçu Biq Boy Qudi, ikincisi – truba ifaçısı Bill Koulmen
idi; o zaman, indikilərin dediyi kimi, bütün
irəli getmiş
fransız caz ustaları onların
ətrafında birləşmişdilər.
Ya elə, ya belə, hər halda Rusiyaya cazı gətirmiş Valentin Parnax Parisdən gəlmişdi,
Parisdə yaşamışdı inqilabdan qabaq və inqilaba inanıb, inqilab perspektivinə inanıb
vətənə dönmüşdü və ən başlıcası, əliboş dönməmişdi: “Onun baqajında... caz-bənd
üçün lazım olan bütün alətlər, – bənco, saksofon, surdina dəsti, pedallı tamtam,
nimçələr və heyrətamiz küy instrumentləri, – vardı”.
19
Ölkədə caza maraq heç də Avropada olduğundan az deyildi. Qərbdə caz təkcə
təzəbinə nihilistlərin yox, həm də akademik təhsilli musiqiçilərin də ürəyinə yol tap-
mışdı. İlkin çağlarda gələcəyin konservatoriya professorları Lev Oborin, Dmitri Ro-
qal-Levitski, Leninqrad Simfonik Orkestrinin rəhbəri Nikolay Malko, istedadlı dirijorlar
Samuil Samosud və Vladimir Dranişnikov və Müasir Musiqi Assosiasiyasından olan
ciddi
avanqardçılar Nikolay Roslavets, Qavriil Popov, Aleksandr Mosolov da caza
uyub onun arxasınca getdilər.
Hərçənd ki, “Suinq qərinəsi” (“Snob” proyekti) adı altında cəmləşmiş öz internet-
mühazirələrində saksofonçu Aleksey Kozlov hesab edir ki, “Fransa müharibədən
öncəki dövrdə heç də caz ölkəsinə çevrilməmişdi. Bu mənada İngiltərə ingilis
cazının formalaşması üçün daha münasib meydan oldu”. (Bax: “İngiltərənin rəqs
orkestrləri” mühazirəsinə)
Assosiasiyanın tərəfdaşlarından biri bəstəkar Aleksey Jivotov hətta müfəssəl
şəkildə şaxələnmiş bir “Caz suitası” da yazmışdı. İyirminci illərdə caz həvəsinin
daha bir dəlili “Caz-bənd və müasir musiqi” (L., 1926) adlı toplunun nəşr
edilməsidir.