44
Belə obyektlər timsalında nəinki təkcə Muradelinin operası götürülmüşdü, həmçinin
Dmitri Şostakoviçin, Sergey Prokofyevin, Vissarion Şebalinin, Qavriil Popovun, Nikolay
Myaskovskinin də adları bu obyektlər sırasına qatılmışdı. Qərarda bəyan edilirdi ki, bu
adamların yaradıcılığı “yaxşı rus və Qərb klassik musiqisinin ənənələrini ayaqlar altına
alır” və “sovet musiqisinin inkişafına böyük ziyan vurur”. Əgər “ayaqlar altına alırdısa”
və “ziyan vururdusa”, deməli, bu, xalq düşmənlərinin dəyirmanına su tökənlərin mu-
siqisi kimi, anti-xalq musiqisi kimi müzakirə edilməliydi və musiqinin ləğvinə gətirib
çıxarmalıydı. Bax, belə-belə işlər! Nə çox, nə az – məhz musiqinin ləğvi!
Bununla əlaqədar ÜİK(b)P MK “İncəsənət İşləri üzrə Təbliğat və Təşviqat İdarəsinə
tapşırıq verdi ki, onlar sovet musiqisindəki vəziyyəti düzəltsinlər”. Buna necə nail ol-
mağı partiya məmurları gözəl bilirdilər və dəfələrlə təcrübədə sınamışdılar: nifrət
etmək üçün obyektləri bacardıqca daha çox miqdarda
nifrət bəslənilən obyektlər
cərgəsindən toplamaq lazım idi. Burada məsələ Qərarda
obyektlər
sırasında
kimlərinsə adının çəkilib çəkilməməsində deyildi, məsələ bütün “burjua, formal, anti-
xalq” qayəli nə varsa, müzakirəsiz-filansız onlara qarşı
mübarizə ideyasının
irəli
sürülməsində idi.
Nə olsun ki, bu Qərarda cazın adı çəkilmir? Fərq eləməz, onsuz da digərləri ilə birgə
caz alətləri” də, əlbəttə ki, gitara və saksofonlar nümunəsində damğalanmalıdır. Bu
zaman partiya arxivindən Maksim Qorkinin “Gombulların musiqisi haqqında” adlı
köhnə bir məqaləsini tapıb ortaya çıxardılar və bu məqalə yamanca yerinə düşüb
anti-caz təbliğatını şölələndirən əla bir vasitəyə çevrildi.
Saksofonların qozunu düzəltmək” kimi bir mərhələ başladı və bu mərhələdə hətta
sadəcə “caz” sözünü işlətməyin özü belə insan sağlamlığına xələl yetirə bilərdi. Oleq
Lundstrem Qərardan sonra Tatarıstan SSR-in İncəsənət İşləri üzrə Komitəsinin rəisi
Yurusovun dediyini xatırlayır. O deyibmiş ki, “hələlik caza ara vermək lazımdır” və
məsləhət görmüşdü ki, caz ifaçıları gedib başqa ixtisas dərəcələri üzrə işə düzəlsinlər;
axı musiqiçilərə hər yerdə ehtiyac var”.
42
Başqa ixtisas dərəcələri”lə təkcə caz ifaçıları işə düzəlmədilər, hətta “caz”ın adını da
soraq kitabçalarına “estrada” kimi yazdılar. Beləliklə, bütün sovet respublikaları öz
Dövlət Caz Orkestrlərini dəyişib elədilər Dövlət Estrada Orkestrləri; kiçik heyətləri isə
birbaşa estrada ansamblları kimi təqdim etdilər. Buna uyğun olaraq orkestrlərin re-
pertuarları da dəyişirdi. Əgər əvvəllər vokal janrının üstünlüyü saxlanılmaq şərtilə,
caz-instrumental sərbəstliyinə arabir yol verilirdisə, indi bu da ortadan götürülürdü,
Rauf Hacıyev