80
yırdıq ki, müdiriyyətdən heç kəs heç nə eşiməsin və səhərisi qaçıb rektorluğa, ya da
partkoma çuğulluq eləməsin”.
59
Birinci musiqi məktəbində belə bir hadisə olmuşdu: onlar qərara almışdılar ki, caz
konserti təşkil eləsinlər. Düzdür, heç bir afişa-filan asmamışdılar, ancaq zalda adam
əlindən yer yox idi. Amma son dəqiqədə konserti ləğv etdilər: yenə də həmişə ol-
duğu kimi mənasız bir səbəb üzündən – “caz muziqisi” bir ifadə kimi kimlərisə şoka
salırdı. İstisna deyil ki, belə bir vəziyyətdə ən yaxın adamlar belə ona cazı müəyyən
müddət buraxıb konservatoriya imtahanlarına hazırlaşmağı məsləhət görürdülər.
Və Mustafazadə hazırlaşırdı. Möhkəm hazırlaşırdı, gündə beş-altı saat hazırlaşırdı,
qəbul imtahanlarının bir neçə ciddi proqramını mənimsəyirdi. Nəticə bu oldu ki, onun
virtuoz ifası digər fənnlərin uğursuzluğunu pərdələdi və 1964-cü ildə Vaqif bir tələbə
kimi Azərbaycan Dövlət Konservatoriyasının qapılarını açdı.
Həyat öz axarına düşürdü. Bir o qalırdı ki, çalışqanlıqla oxuyasan, sessiyaları başa
vurasan və aspiranturaya qəbul olasan. Özü də bu məqamda səni məxsusi olaraq
Bakıda fortepiano üzrə təkzibedilməz avtoritet sayılan professor Georgi Georgiyeviç
Şaroyev kimi birisi yüksək qiymətləndirə.
Bu misilsiz musiqiçinin və ustad pedaqoqun adını Azərbaycan həmişə minnətdarlıqla
yada salacaq. Rus pianoçuluq ənənələrinin ən yaxşı təzahürləri müstəvisindən
bəhrələnmiş Şaroyev Moskvanın və Petroqradın çox məşhur müəllimlərindən dərs
almışdı: bu sırada Henrix Albertoviç Paxulskinin, Vasili İlyiç Safonovun, Konstantin
Nikolayeviç İqumnovun, Anna Nikolayevna Yesipovanın adları var. 1914-cü ildə Ye-
sipovanın fortepiano sinfində Şaroyev Petroqrad Konservatoriyasını bitirir, 1919-cu
ildə isə köçüb Bakıya gəlir və bütün ömrü boyu, düz 1969-cu ilə qədər Azərbaycan
Dövlət Konservatoriyasında çalışır. Sözün həqiqi mənasında, onu milli pianoçuluq
məktəbinin yaradıcıları siyahısına daxil etmək olar.
Şaroyevin pedaqoji metodunun mahiyyətini onun hər tələbəyə fərdi yanaşma tərzi
təşkil edirdi. Georgi Georgiyeviç hər bir tələbədə şəxsi başlanğıca üstünlük verirdi və
cəhd edirdi ki, onun fərdi keyfiyyətlərini, xüsusiyyətlərini qoruyub saxlasın. Əgər iş elə
gətirsəydi ki, Şaroyevin əlinə istedad düşsün, o, özünü, sağlamlığını, vaxtını unudurdu
və sinifdə əyləşib saatlarla tələbəyə dərs keçirdi. Doğrudur, əvvəl-əvvəl Vaqiflə bağlı
bir qədər anlaşılmazlıq oldu...
Georgi Şaroyev