95
1967-
ci il festivalı tamam başqa, tamam fərqli bir şey idi; dəyərlər və kriteriyalar ba-
xımından tamam ayrı bir peşəkarlar forumu idi. Çünki bir çox insanların caz taleyi
üçün həqiqət anına çevrilmişdi Tallin caz festivalı: bundan sonra hər şey Hamburq
hesabı ilə ölçüləcəkdi və bundan sonra hərənin özünə qarşı tələbkarlığı artacaqdı,
məsuliyyətisə ağır yük kimi çiyinlərə qonacaqdı...
Tallin 67-dən sonra yaradıcılıqda bu və ya digər məsələnin alınıb-alınmaması ilə bağ-
lı özünəbəraət körpüsü yandı, uğursuzluğun səbəblərini açıqlayıb özünü müdafiə
etmək imkanı tükəndi. Tallindən sonra müəyyənləşmiş peşəkar səviyyədən aşağı
enmək imkanı da qurtardı. Əgər əvvəllər icazə verilirdi ki, gələcəkdə hər şey düzələr,
alınar, yerinə yetər, indi bu limitin qapıları daha bağlanmışdı: gələcək indinin ayrıl-
maz hissəsi olmuşdu. Əgər indi səhv eləsən və səhvini də elə indicə düzəltməsən,
bunun düzəldilməsi gələcəkdə də mümkün olmayacaqdı. Bu gündən beləsinə nə
itiriləcəksə, gələcək üçün də həmişəlik itiriləcəkdi.
Hələliksə... Tallin dörd gündü ki, cazla yaşayırdı, dörd gündü ki, caza qulaq asırdı,
dörd gündü ki, caz haqqında mübahisə eləyirdi, dörd gündü ki, cazla fərəhlənirdi,
cazla şadlanırdı. Dörd gündü Tallin yerli, Mərkəzi televiziya ilə, İnterviziya ilə
caz yayımlayırdı Yer adlı planetə. Bu dördcə günün birində Tallin və onunla
bərabər bütün dünya özü üçün cazda
Şərq istiqaməti
deyilən tamam yeni bir
şeyi kəşf elədi. 1967-ci ildə Vaqiflə Rafiqə minnətdar olaraq caz ənənəsinin Şərq
şaxələnməsi və bu ekzotik istiqamətin mümkün perspektivləri haqqında ciddi da-
nışmağa başladılar.
Tallində caz kompozisiyaları ilə yanaşı Mustafazadə, bilə-bilə ki, bu, hələ çiydir, eks-
periment mərhələsindədir, cazda Şərq və Qərbin, milli və dünyəvinin, folklor və mü-
asirliyin calağını caz bilicilərinin mühakiməsinə çıxarmağa risk elədi. Onun özünə də
məlum idi ki, gördüyü iş başlanğıcdadır, eskiz səciyyəsi daşıyır, natamamdır. Amma
buna baxmayaraq Mustafazadə kompozisiyanı festivalda təqdim elədi. Əlbəttə ki,
Vaqif digər sənətçilərin münasibətini öyrənmək naminə bu variantı seçmişdi və gü-
manı onu aldatmamışdı. Nədən ki, aparıcı caz mütəxəssislərinin reaksiyası çox pozitiv
oldu: busa onu ilhamlandırdı, qanadlandırdı; ən əsası isə seçilmiş yolun, istiqamətin
doğruluğunu təsdiqlədi.
Vaqif Tallin şəhərində Gerşvinin
The Man I Love
əsərini də çaldı. Elə çaldı ki, emosional
Yohanson, eşitdiyindən vəcdə gəlib qışqırdı: “Cənab Mustafazadə, əvvəl Siz, sonra
mən!” Bir qədər soyuqqanlı və təmkinli Konover isə sanki eşitdiyinə yekun vuraraq