120
Həmişə səninlə olan bayram
Əgər cavanlıqda Parisdə yaşamaq fürsətin olubsa, sonra harda
olursan, fərq etməz. O illər ömrünün sonunadək səni tərk
etməyəcək. Çünki Paris həmişə səninlə olan bayramdır”.
Ernest Heminquey,
dostuna məktubundan
Bu fikirləri 57-ci Eurovision Mahnı Müsabiqəsi günlərində Bakıya gələn qonaqlar üçün də demək olar. Çünki Bakı şousu,
Azərbaycanda keçən günlər daim onlarla yaşayacaq. Çünki Azərbaycanı bir dəfə görmək yetər ki, onu ömrün boyu
sevəsən və təkrar-təkrar bura dönmək istəyəsən. İnanırıq ki, müsabiqə günlərində Bakının qonağı olan hər bir kəs
qədim “Odlar Yurdu”nun sevgisindən bir qığılcım götürüb və bu qığılcımdan doğan məşəl onların qəlbində daim alov-
lanacaq!
İnqrid Deltenre
Avropa Yayımları Birliyinin Baş direktoru
Belə möhtəşəm şou və qonaqpərvərlik üçün çox sağ olun!
Yan Ola Sand
Eurovision Mahnı Müsabiqəsinin rəhbəri
Möhtəşəm Eurovision Mahnı Müsabiqəsinə görə hər kəsə
təşəkkür edirəm. 2012-ci il yaddaqalan müsabiqə ilə fərqlənəcək.
Sizin qonaqpərvərliyiniz və dostcanlı olmağınız uzun müddət
xatırlanacaq. Bütün komanda və cəlb etdiyiniz tərəfdaşlarla fəxr
edə bilərsiniz.