121
HƏMİŞƏ SƏNİNLƏ OLAN BAYRAM
Yorq Qraboş
Brainpool” şirkətinin icraçı direktoru
Əla komandaya və möhtəşəmBakı Kristal Zalına görə təşəkkürlər.
Bakıda fəaliyyət göstərdiyimiz müddətdə hər şeydən çox razı
qaldıq. Daim var olun!
Annika Nyberq Frankenhauser
Avropa Yayımları Birliyi, Media direktoru
Siz mədəniyyətləri və insanları möhtəşəm şəkildə bir araya
gətirdiniz. Təşəkkürlər! Çox sağ olun!
Pastora Soler
İspaniyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi
Dəstəyiniz üçün çox sağ olun. Bakı əsrarəngiz və gözəldir. Bura
məxsusi şəhərdir. Çox modern və eyni zamanda tarixidir. Mənim
üçün isə ən əsası sakinlərin dəstəyi və sevgisi idi. Burada maraqlı
anlar yaşadım və bunları heç vaxt unutmayacam. Sevginiz, ev sa-
hibi ölkə olduğunuz və hər şeyi gözəl etdiyiniz üçün təbriklər.
Buranovskiye babuşki”
Rusiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçiləri
Azərbaycan daim ürəyimizdədir. Hamınıza işıqlı və xoş günlər
arzulayırıq!