16
Bakı: tarixilikləmüasirliyin vəhdəti
Son zamanlar Bakı müxtəlif beynəlxalq konfrans, festival və yarışmaların keçirildiyi məkan kimi tanınmaqdadır.
Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlər sırasında layiqli yer tutan Bakı mədəniyyətlərarası dialoq,
sivilizasiyaların qovuşduğu yer, tolerant bir ölkənin paytaxtı kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Keçirilən hər bir tədbir müxtəlif millətlərin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə təkan olmaqla yanaşı, xalqlar
arasındakı birliyi daha da gücləndirir.
Qız Qalası, Qobustan qayaüstü rəsmləri, Atəşgah məbədi, Şirvanşahlar sarayı, Dövlət Filarmoniyası (keçmiş “İctimai
iclasların yay evi” binası),Əlyazmalar İnstitutu (keçmiş Qızlar Gimnaziyası), Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyətinin binası (keçmiş İsmailiyyə binası) kimi abidələrlə qədim tarixin ayrı-ayrı dövrlərini özündə yaşadan
Bakı müasir memarlıq inciləri ilə gündən-günə gözəlləşir və inkişaf edir.