17
BAKI: TARİXİLİKLƏ MÜASİRLİYİN VƏHDƏTİ
Paytaxtın postmodern memarlıq layihələri sırasında dünya şöhrətli Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev
Mərkəzi və Bakı səmasında ucalan “Flame Towers”, həmçinin Norman Fosterin möhtəşəm “Ağ Şəhər” layihəsi, Xalça
Muzeyi, BeynəlxalqMuğamMərkəzi, Xəzər dənizi sahilini daha da gözəlləşdirənBakı Kristal Zalı və digərməkanlar var.
Bakının müasirliyi memarlıqla hüdudlanmır. Şəhər çoxsaylı teatr və muzeylər, müasir incəsənət qalereyaları və
sərgi salonları, restoranlar, möhtəşəm ticarət mərkəzləri ilə də seçilir. Siması ildən-ilə gözəlləşən Bakı tarixiliklə
müasirliyin vəhdətindəki şəhər kimi Eurovision Mahnı Müsabiqəsi 2012-nin qonaqlarını daha da cəlb etdi.
Bakı müsabiqə ərəfəsində Eurovision Mahnı Müsabiqəsi 2012-nin konsepsiyasına uyğun ruh aldı. Azərbaycan
müsabiqəyə ev sahibliyi edən şəhərin bu yarışma üçün ənənəvi bəzədilməsi zamanı Eurovision tarixində
yeniliyə imza atdı. Ev sahibi şəhər ilk dəfə olaraq Eurovision Mahnı Müsabiqəsi 2012-nin bayraqları və banerləri
ilə yanaşı, işıq effektləri və LED monitorlarla müsabiqənin ab-havasına büründü. İctimai nəqliyyat, küçələr,
binaların fasadları Light Your Fire! şüarı ilə bəzədildi, böyük monitorlarda video və qrafik elementlər yayımlandı.