188
Qısa xronologiya
24
may 2008 Azərbaycan Belqradda keçirilən Eurovision Mahnı Müsabiqəsində 8-ci yeri tutub.
16
may 2009 Azərbaycan Moskvada keçirilən Eurovision Mahnı Müsabiqəsində 3-cü yerin sahibi olub.
29
may 2010 Azərbaycan Oslodakı Eurovision Mahnı Müsabiqəsində 5-ci yeri tutub.
14
may 2011
Azərbaycan Almaniyanın Düsseldorf şəhərinin “Esprit” arenasında keçirilən 56-cı Eurovision
Mahnı Müsabiqəsində qələbə qazanıb.
16
may 2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2011 təmsilçiləri Eldar və
Nigarı qəbul edib.
17
may 2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi Eurovision Mahnı Müsabiqəsi
2011-
də təmsil edən Eldar və Nigarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
ilə təltif olunması haqqında Sərəncam imzalayıb.
19
may 2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eurovision Mahnı Müsabiqəsi 2012-nin
Bakı şəhərində təşkili və keçirilməsi haqqında Sərəncam imzalayıb.
4
iyul 2011
Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.
25
yanvar 2012
Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Düsseldorfdan Bakıya təqdim edilməsi
mərasimi keçirilib.
Buta Palace”da Eurovision Mahnı Müsabiqəsi 2012-nin Light Your Fire! loqo və şüarının
təqdimat mərasimi olub.
Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun iclasında Bakı Kristal Zalı Eurovision
Mahnı Müsabiqəsi 2012-nin arenası kimi təsdiq edilib.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin ilk Püşkatma mərasimi keçirilib.