189
QISA XRONOLOGİYA
10
fevral 2012
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Eurovision Mahnı
Müsabiqəsi 2012-nin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Fərman
imzalayıb.
19-20
mart 2012
Eurovision 2012-də iştirak edən 42 ölkənin nümayəndə heyəti rəhbərlərinin Bakıda iclası
keçirilib.
20
mart 2012
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən ölkələrin Bakı şousunda çıxış ardıcıllığını
müəyyən edən Püşkatma mərasimi olub.
16
aprel 2012
Bakı Kristal Zalı şou hazırlıqları üçün təhvil verilib.
19
may 2012
EuroClub”da Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi açılışı olub.
22
may 2012
Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinal mərhələsi keçirilib.
24
may 2012
Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalı olub.
26
may 2012
Eurovision Mahnı Müsabiqəsi 2012-nin final mərhələsi keçirilib.