5
Əziz dostlar,
2012-
ci il Azərbaycan üçün Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi ilə yadda qaldı.
Əsrlər boyu müxtəlif mədəniyyətlərin ünsiyyətində rol oynamış ölkəmiz 57 illik tarixi olan
möhtəşəm mahnı müsabiqəsinə ev sahibliyi etdi. Dialoq və anlaşmaya xidmət edən mu-
siqi mədəniyyəti müxtəlif xalqların nümayəndələrini dini və milli mənsubiyyətindən asılı
olmayaraq bu dəfə doğma Bakımızda birləşdirdi.
Müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsində rol oynayan bu böyük ümumavropa
musiqi bayramı dünya mədəniyyəti xəzinəsinə öz töhfələrini vermiş qədim Azərbaycan
torpağından yüz milyonlarla auditoriyaya möhtəşəm tərzdə təqdim olundu. Eurovision
Mahnı Müsabiqəsi doğma Azərbaycanımızı dünyaya tanıtmaq, müsabiqə iştirakçıları və
qonaqları ölkəmizin keçmişi və bu günü ilə tanış etmək, onlarda Azərbaycan haqqında
təsəvvürlərin formalaşması üçün daha bir şans verdi.
Biz hər bir kəsi qədim «Odlar Yurdu»nda qəlbimizin istisi ətrafında topladıq və dünyanın
müxtəlif ölkələrindən gələn insanlar Azərbaycanı bir daha kəşf etdilər. İnanıram ki,
şəhərimizin gözəlliyini, qədim Bakımızın müasir simasını, xalqımızın səmimiliyini hiss
etmiş hər bir qonaq mədəniyyətimizi, ölkəmizi, xalqımızı daha çox sevdi. Bu sevginin
qazanılmasına kimsə fəaliyyəti, kimsə layihəyə dəstəyi, kimisi isə sadəcə təbəssümü, xoş
davranışı ilə öz töhfəsini verdi. Göstərdiyiniz bu həmrəyliyi yüksək dəyərləndirərək hər
birinizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, Eurovision Mahnı Müsabiqəsinin
keçirildiyi günlər həm xalqımızın, həm də ölkəmizə gəlmiş qonaqların xatirindən heç vaxt
silinməyəcəkdir.
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun Prezidenti,
Eurovision Mahnı Müsabiqəsi 2012-nin
Təşkilat Komitəsinin sədri