6
Uğurlu Eurovision yolu
20
may 2008-ci il. Azərbaycan təmsilçiləri ilk dəfə bu tarixdə Eurovision Mahnı Müsabiqəsinin səhnəsində milyonlarla
tamaşaçı qarşısındamöhtəşəmçıxış edərək birinci yarımfinal mərhələsindən finala vəsiqə qazandılar. Həmin il Serbiyanın
paytaxtı Belqradda təşkil olunan 53-cü Eurovision Mahnı Müsabiqəsində Elnur və Samir dueti ölkəmizi “Day after Day”
mahnısı ilə təmsil etdi. Belqrad arenasındamayın 24-də keçirilən final şousunda ölkəmiz 132 səs toplamaqlamüsabiqənin
8-
cisi oldu. Beləliklə, Azərbaycan 53 illik tarixi olan bu yarışmada birinci iştirakdan 43 ölkə arasında 8-ci yeri tutdu.
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva olub.
Məhz bu dəstəyin nəticəsində ölkəmiz hər il Eurovision Mahnı Müsabiqəsi layihəsində müvəffəqiyyətlə təmsil edilib və
yarışmadakı uğurlu iştirakımız bizi qələbəyə daha da yaxınlaşdırıb.
2008-
ci ildə müsabiqədə debütünü edən Azərbaycan 2009-cu ildə Moskvanın “Olimpiyski” arenasında keçirilən
54-
cü EurovisionMahnı Müsabiqəsində də duetlə təmsil olundu. Aysel Teymurzadə və İsveçdə yaşayan Azərbaycan əsilli
tanınmışmüğənni-bəstəkar Araşın “Always” mahnısı həmin il Avropa auditoriyasının diqqətini cəlb edə bildi. Mayın 14-də
ikinci yarımfinalın ikincisi olan Azərbaycan mayın 16-da keçirilən finalda 207 səs toplamaqla müsabiqədə 3-cü yeri tutdu.
Eurovision Mahnı Müsabiqəsində ikinci dəfə iştirak edən ölkə üçün bu nəticə yüksək göstərici hesab olunur.
2010-
cu ildə Azərbaycan təmsilçisi Safura Əlizadə Oslonun “Telenor Arena”sında təşkil edilən Eurovision Mahnı
Müsabiqəsinin ikinci yarımfinalında 113 səs toplamaqla bu mərhələnin ikincisi kimi finala keçdi. “Drip Drop” mahnısı
ilə gözəl səhnə performansı nümayiş etdirən Safura finalda 145 səs toplayaraq Azərbaycana yenə də ilk onluqda yer
qazandırdı və yarışmanın 5-cisi oldu.
Ürəyinin döyüntüsünü hiss et! Almaniyadakı 56-cı EurovisionMahnı Müsabiqəsi bu şüar altında keçirildi. Şüar Azərbaycan
və bütün azərbaycanlılar üçün həm də rəmzi məna daşıyırdı. Mayın 10-u və 14-də azərbaycanlıların ürəyi sanki Düssel-
dorfun “Esprit” arenasında döyünürdü. Təmsilçilərimiz Eldar və Nigar “Running Scared” mahnısı ilə mayın 10-da keçirilən
birinci yarımfinalda 122 səs toplayaraq finala vəsiqə qazandılar.
14
may 2011-ci il. Azərbaycan nümayəndə heyəti, Almaniyada yaşayan azərbaycanlılar, ümumiyyətlə, Azərbaycanı
dəstəkləyənhərbirkəshəyəcanlaşoununsonunugözləyirdi. Təmsilçilərimizingözəl səhnəperformansı finalmərhələsində
tamaşaçıları və münsiflər heyətini bir daha heyran etdi. Proqnozlar özünü doğrultdu. Azərbaycan 221 səs toplamaqla
Eurovision Mahnı Müsabiqəsinin qalibi oldu. “Running Scared” artıq dillər əzbəri idi.
Eurovision Mahnı Müsabiqəsinin 8-cisi, 3-cüsü, 5-cisi və nəhayət 1-cisi. Azərbaycan Avropanın bu məşhur yarışmasında
4
ildə layiqli iştirakçı kimi tanındı. İndi isə ev sahibi kimi sözünü deməyin vaxtı idi. Eurovision Mahnı Müsabiqəsinin
pərəstişkarları səbirsizliklə bir il sonranı, 2012-ci ilin may ayını-Bakı şousunu gözləyirdilər.