Mədəniyyət 115
2008-
ci ildə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin
qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zəngin-
ləşdirilməsi məqsədi ilə açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
yaradılmışdır. Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II
minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən qayaüstü rəsmlər, qavaldaş,
keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin
konservasiya olunmuş qalıqları və s. yerləşdirilmişdir. Fond muzey kompleksindən
ətraflı bəhs edən kitabça nəşr etmişdir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi,
Qala Etno-EkolojiMərkəzi vəQalaƏntiqƏşyalarMuzeyi