Mədəniyyət
116
Heydər Əliyev Fondunun təşəb-
büsü ilə Azərbaycan Milli Elmlər Akade-
miyasının Arxeologiya və Etnoqrafiya
İnstitutunun 2010-2011-ci illərdə burada
apardığı qazıntı işləri nəticəsində e.ə.
III-II minilliyə, həmçinin XIV-XV əsrlərə
aid müxtəlif tapıntılar aşkar edilmişdir.
Tunc dövrünə aid qayaüstü və qayaaltı
yaşayış məskənləri, qayaüstü təsvirlər,
qədim özüllər, ibtidai divar qalığı, X-XV
əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri
istiqamətində iki yeraltı yol, XVIII əsrin
yadigarı olan təndir və başqa maraqlı
eksponatlar Qala abidə kompleksində
nümayiş etdirilir.
Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksinin ərazisində yaradılmış
Qala İnformasiya Mərkəzi vasitəsilə
qonaqlar qoruq ərazisindəki muzey-
lər haqqında ətraflı məlumat əldə edə
bilərlər.