Mədəniyyət 119
2011-
ci ilin sentyabrında Qala qəsə-
bəsində əsasən uşaqlar və gənclər üçün
nəzərdə tutulmuş Etno-Ekoloji Mərkəzin
və Qala Əntiq Əşyalar Muzeyinin açılışı
olmuşdur. Mərkəzdə uşaqların istirahəti,
onların xalqımızın qədim tarixini, mədə-
niyyətini dərindən öyrənməsi, qədim el
sənətlərinin müxtəlif növlərinə yiyələn-
məsi, müxtəlif tədbirlərin keçirilməsi
üçün hər cür şərait yaradılmışdır.