Mədəniyyət
120
Qala Əntiq Əşyalar Muzeyində Azər-
baycan xalqının əsrlər boyu yaratdığı
müxtəlif dekorativ-tətbiqi sənət inciləri,
respublikanın müxtəlif bölgələrindən
toplanmış, ABŞ, Almaniya, Avstriya, Ru-
siya, Fransa, İngiltərə, Belçika, İran, Öz-
bəkistan, Polşa, Türkiyə və digər ölkələr-
də istehsal edilmiş, qədim zamanlardan
xalqımızın məişətinə daxil olmuş əşyalar
sərgilənir.
Qala Əntiq Əşyalar Muzeyində
Azərbaycanda və dünyanın müxtəlif
ölkələrində istehsal edilmiş, qədim
zamanlardan xalqımızın məişətinə daxil
olmuş 800-dən çox eksponat nümayiş
etdirilir.