349
Ekologiya
Layihə çərçivəsində qəsəbə ərazisin-
də tullantıların toplanması üçün 150-dən
çox tullantı meydançası qurulmuş və tul-
lantıların mütəmadi daşınması təşkil edil-
mişdir. “Yaşıl düşüncə” prinsipini təbliğ
etmək, gənclərin diqqətini ətraf mühitə
qayğı ilə yanaşmağa yönəltmək məqsədi
ilə layihə çərçivəsində müxtəlif tədbirlər,
o cümlədən “Təmiz Şəhərim” fotoşəkil
müsabiqəsi, veloturlar, iməciliklər keçi-
rilmişdir.
İnsanları israfçılıqdan yayındırmaq və
onların malik olduğu əşyaları düşünmə-
dən zibil qutularına atmaq vərdişindən
çəkindirmək məqsədi ilə 2012-2013-cü
illərdə Heydər Əliyev Fondunun, “İçə-
rişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin və “Təmiz Şəhər” ASC-nin birgə
təşkilatçılığı ilə Qala Dövlət Tarix Etnoqra-
fiya Qoruğunda “Tullantıdan sənətə” adlı
beynəlxalq sərgi keçirilmişdir.
2012-
ci ildə Heydər Əliyev Fondunun,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkila-
tının və Həştərxan Vilayət Administrasi-
yasının birgə təşkilatçılığı ilə Həştərxan
şəhər məktəbliləri arasında “Təbiətin
mühafizəsi” mövzusunda inşa yazı mü-
sabiqəsi keçirilmişdir.