350
Ekologiya
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev
Fondunun dəstəyi ilə ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji
tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət
daşıyan “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksi-
yası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir. Layihəyə əsasən,
ceyranların tarixi areallarından biri sayılan Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaq-
lığına üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan
150
ceyranın köçürülməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, mövcud problem-
lərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələba-
tının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə
çevik antibrakonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi, la-
yihə ərazisində müntəzəm monitorinqlərin keçirilməsi, vacib biotexniki tədbirlərin
görülməsi, ərazidə və ətrafda məskunlaşmış əhalinin ekoloji maarifləndirilməsi is-
tiqamətində intensiv işlər görülmüşdür. Yasaqlıq ərazisinə ilk ceyran sürüsünün bu-
raxılması prosesi 2010-cu ilin dekabrında həyata keçirilmişdir. Layihə çərçivəsində
2013-
cü ildə ceyranlar artımın yüksək olduğu Şirvan Milli Parkından digər ərazilərə
köçürülmüşdür.
İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə cəlb etmək
məqsədilə Heydər Əliyev Fondu IDEA ekoloji kampaniyası çərçivəsində hazırladığı
ceyran maketlərini “Qız qalası” Beynəlxalq Festivalında nümayiş etdirir.