355
İnformasiya-kommunikasiya texnologiyaları
Heydər Əliyev Fondu müxtəlif saytla-
rın və multimedia disklərinin işlənib ha-
zırlanmasını həyata keçirmişdir. 2005-ci
ildən başlayaraq Azərbaycan, ingilis və
rus dillərində ümummilli lider Heydər
Əliyevin və akademik Zərifə Əliyevanın
həyat və fəaliyyətinə həsr olunmuş sayt-
lar, həmçinin Heydər Əliyev Fondunun
saytı istifadəyə verilmişdir.
2008-
ci ildə Fond ümummilli lider
Heydər Əliyevin və görkəmli həkim-
oftalmoloq, akademik Zərifə Əliyevanın
85
illik yubileyləri ərəfəsində onların
həyat və fəaliyyətindən bəhs edən
multimedia disklərini hazırlamışdır.