356
İnformasiya-kommunikasiya texnologiyaları
Yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər
Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə “Gənc intellektual” və “Şirvanşahların yük-
səlişi” masaüstü oyunları hazırlanmışdır. Müasir oyun texnologiyalarından səmərəli
istifadə olunan bu layihə yeniyetmələrin intellektual bacarığı ilə yanaşı, xalqımızın
tarix və mədəniyyətinə marağın artmasına, yaddaşın, bədii düşüncənin, yaradıcılıq
qabiliyyətinin inkişafına şərait yaradır.