357
İnformasiya-kommunikasiya texnologiyaları
2005-
ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu ara-
sında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün infor-
masiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”nə dair əməkdaşlıq
sazişi və layihə sənədi imzalanmışdır. Layihənin məqsədi fiziki qüsuru olan insan-
ların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları
vasitəsi ilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilmə-
sinə, məşğulluğunun artırılmasına kömək göstərməkdir.
Layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün
respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib. Burada uşaqlar
üçün model İKT sinifləri yaradılıb, proqram təminatı lokallaşdırılıb, internetə çıxı-
şın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və
kitabxananın fəaliyyəti təmin edilib. Elektron kitabxana üçün Almaniya istehsalı
olan xüsusi kompyuter dəstləri quraşdırılıb.