390
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondu öz fəaliyyətini Azərbaycandan kənarda genişləndirir. Fon-
dun ABŞ, Rumıniya, Rusiya Federasiyası və Türkiyədə nümayəndəlikləri fəaliyyət
göstərir.
2007-
ci ilin may ayında Rusiya Federasiyasının paytaxtında Heydər Əliyev Fondu-
nun ölkə hüdudlarından kənarda ilk nümayəndəliyi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi bu qu-
rum mədəni və sosialyönümlü layihələr həyata keçirir.
2012-
ci ildə Leyla Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mü-
kafatı, 2013-cü ildə isə “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı və
Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə və Rusiya ilə
Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə
III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni ilə təltif edilmişdir.