391
Beynəlxalq əməkdaşlıq
Fəaliyyətinin ilk dövrlərində Moskva
şəhərindəki 157 nömrəli etno-mədəni
komponentli məktəbə hərtərəfli dəstək
və qayğı göstərilmişdir. Nümayəndəliyin
köməyi ilə məktəbin sinifləri müasir tex-
niki avadanlıqla, kitabxanası Azərbay-
can nəşrləri ilə zənginləşdirilmiş, özfəa-
liyyət kollektivi zəruri rekvizitlərlə təmin
olunmuşdur.
2008-
ci ildə nümayəndəliyin “Zəif
eşidənlər dünyası” Ümumrusiya ictimai
gənclər təşkilatı ilə birgə 300 əlil uşaq
üçün təşkil etdiyi xeyriyyə aksiyası
ictimaiyyət arasında geniş rezonans
doğurmuşdur.
Nümayəndəlik Rusiya paytaxtındakı
uşaq evləri, internat və xəstəxanalarla
daim əlaqə saxlayır, bayram günlərində
buradakı uşaqlar üçün hədiyyələr gön-
dərir və şənliklər təşkil edir.