397
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin fevralında nümayəndəli-
yin, Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının və ali məktəblərdəki Azərbay-
can klublarının birgə səyi ilə “Xocalı. 16 il
sonra” elmi-praktik konfransının keçiril-
məsi xalqımızın yaşadığı Xocalı soyqırı-
mı haqqında Rusiya ictimaiyyətinə geniş
məlumatın çatdırılması istiqamətində
atılmış ilk addım oldu. 2009-cu ilin fev-
ralında isə Leyla Əliyevanın təşəbbüsü
ilə Rusiyada “Xocalıya ədalət” bey-
nəlxalq kampaniyasına start verildi.
Həmin ildən başlayaraq nümayəndəlik
hər il Xocalı soyqırımının ildönümündə
müxtəlif sərgilər, xatirə gecələri, elmi
konfranslar təşkil edərək Heydər Əliyev
Fondunun Azərbaycanın tarixi həqiqət-
lərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətindəki fəaliyyətinə öz töhfəsini
verir.