398
Beynəlxalq əməkdaşlıq
Nümayəndəlik tərəfindən Rusiya
paytaxtında Azərbaycanın tanınmış elm,
ictimai xadimlərinin xatirə gecələrinin,
xalqımızın mədəniyyət və tarixini əks
etdirən sərgi və konsertlərin, “dəyirmi
masa” və gənclər forumlarının təşkili
xalqlararası ünsiyyətin, ölkələrarası mü-
nasibətlərin inkişafına xidmət edir.
Fəaliyyəti dövrü ərzində nümayən-
dəlik tərəfindən Rusiyanın “İnterfaks”
Mətbuat Agentliyi ilə birgə çap olunmuş
Heydər Əliyev haqqında teleqraf mət-
ni ilə”, yazıçı-publisist E.Axundovanın
Heydər Əliyev. Şəxsiyyət və Zaman”,
T.Mahmudovanın “Musiqilərin kəsiş-
məsində”, F.Ağamalıyevin “Bakinstvo”,
S.Xankişiyevin “Kazan, Baran i Das-
tarxan”, R.İvanovun “Azərbaycanın keç-
mişi, Rusiyanın gəlişi və İran motivləri.
XIX əsr Azərbaycan tarixi oçerkləri” ki-
tablarının təqdimatı keçirilmişdir.