403
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondunun Rusiya Fe-
derasiyasındakı nümayəndəliyi Fondun
prioritet hesab etdiyi məsələlərdən biri
olan uşaqların sağlamlığı probleminə
xüsusi diqqət yetirir. 2010-cu ilin dekab-
rında Heydər Əliyev Fondunun vitse-pre-
zidenti Leyla Əliyeva Yekaterinburqdakı
1
nömrəli Vilayət Kliniki Xəstəxanasının
Uşaq Onkohematoloji Mərkəzində ol-
muş və müasir xüsusi tibbi avadanlıqla
təchiz edilmiş “Sobol” markalı təcili yar-
dım maşınını Heydər Əliyev Fondu adın-
dan mərkəzə hədiyyə etmişdir.
Davamlı şəkildə uşaq klinikalarını zi-
yarət edən Leyla Əliyevanın 2014-cü ilin
martında kəllə-üz nahiyəsinin inkişafın-
da qüsurları olan və sinir sistemi xəstə-
likləri ilə doğulmuş uşaqlara tibbi yar-
dım üzrə Moskva Elmi-Təcrübə Mərkəzi
ilə tanışlığı zamanı mərkəzdə müalicə
olunan uşaqlara Heydər Əliyev Fondu
adından hədiyyələr paylanılmışdır.