404
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi ilə Sankt-Peterburq Ad-
ministrasiyasının birgə layihəsi çərçivə-
sində 2011-ci il iyunun 5-də Sankt-Pe-
terburqda dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyi münasibətilə onun adını da-
şıyan bağın təntənəli açılışı olmuşdur.
Bağda qranitdən skamyalar və Nizami-
nin əsərlərindən fraqmentlərin təsvir
olunduğu pannolar qurulmuş, şairin
abidəsi bərpa edilmişdir.
2011-
ci ildə M.İ.Rudomino adına
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasında Azərbaycan Mədəniyyət
Mərkəzi açılmışdır. Mərkəzdə mütəmadi
olaraq konfranslar, yeni nəşrlərin təq-
dimatı, sərgilər, uşaqlar üçün dekora-
tiv-tətbiqi incəsənət üzrə kurslar təşkil
olunur.