410
Beynəlxalq əməkdaşlıq
Nümayəndəliyin elm və təhsil sahəsində həyata keçirdiyi layihələr sırasında
2009-
cu ildə Buxarestdəki Yulia Haşdeu adına Milli Kollecdə müasir kompyuter sin-
finin təmiri və təchizatını, Kluj şəhərindəki Babeş-Bolyai Universitetinə kompyuter
və ofis texnikasının hədiyyə edilməsini, ölkənin ali məktəblərində müxtəlif illərdə
elmi-praktik konfransların keçirilməsini qeyd etmək olar.
2010-
cu ilin avqustunda nümayəndəliyin təşəbbüsü və dəstəyi ilə Rumıniyanın
Tekirgöl şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın tanınmış alimi Bəkir
Çobanzadənin adı verilmişdir.
Azərbaycanın tarixi həqiqətlərinin Rumıniya ictimaiyyətinə çatdırılması məqsədi
ilə nümayəndəlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs
edən kitabları rumın dilində nəşr etdirir, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının
ildönümündə bu ölkənin müxtəlif bölgələrində elmi konfrans və sərgilər təşkil edir.