411
Beynəlxalq əməkdaşlıq
Nümayəndəlik açıldığı gündən eti-
barən Rumıniyanın Mədəniyyət Nazirliyi,
Əmək, Sosial Müdafiə və Ailə Nazirliyi,
Buxarest Dövlət Universiteti, Kluj Dövlət
Universiteti, Konstantsa Dövlət Univer-
siteti, Rumıniya Mədəniyyət İnstitutu,
UNICEF-in Rumıniya nümayəndəliyi,
Oradea şəhərində Uşaq Protezləri Kli-
nikası, “Uşaq Hüquqlarının Müdafiəsi”
Qeyri-Dövlət Təşkilatları Birliyi, Bey-
nəlxalq Uşaq və Ailə Fondu, İon Pop de
Popa Fondu, “Prison Fellowship” Fondu,
Omenia” Xeyriyyə Fondu, “İstiqamət”
Fondu və bir çox başqa nüfuzlu təşkilat-
larla əməkdaşlıq edir.