414
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondu BMT-nin İnkişaf
Proqramı (UNDP) ilə birgə görmə qabi-
liyyətini itirmiş və görmə qabiliyyəti zəif
olan insanlar üçün informasiya-kommu-
nikasiya texnologiyalarına çıxışın təmin
edilməsinə dair layihə həyata keçirmiş-
dir. Layihə çərçivəsində kor və zəif görən
uşaqlar üçün respublika internat mək-
təbində model İKT sinfi, audiokitabxa-
nalar yaradılmış, kitabxana fondunun
audioformata çevrilməsi üçün səsyazma
studiyası qurulmuş, mövcud kitabxa-
nalar Brayl şriftli kitablarla təmin olun-
muş, internetə çıxış, əsaslı təlim kursları
kimi xidmətləri təmin edən kompyuter
mərkəzi yaradılmışdır.
2010-2012-
ci illərdə Heydər Əliyev
Fondu, BMT-nin İnkişaf Proqramı və
Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin
birgə əməkdaşlığı çərçivəsində Naxçı-
van, Gəncə və Yevlaxda məhdud fiziki
imkanlı insanlar üçün regional infor-
masiya mərkəzləri yaradılmış və müasir
avadanlıqla təchiz edilmişdir.
2011-
ci ilin iyulunda Heydər Əliyev
Fondu və BMT-nin İnkişaf Proqramı
tərəfindən Müasir İncəsənət Muzeyində
Azərbaycan əcnəbilərin gözü ilə” adlı
fotosərgi keçirilmişdir. Sərgidə Azərbay-
canda fəaliyyət göstərən xarici diplomat-
ların və iş adamlarının çəkdiyi 90-dan
çox rəngli və ağ-qara fotoşəkillər nüma-
yiş etdirilmişdir.
2011-
ci il oktyabrın 21-də Heydər Əli-
yev Fondu ilə Birləşmiş Millətlər Təşkila-
tının İnkişaf Proqramı arasında “2012-ci
ildə keçiriləcək Rio+20 konfransına ha-
zırlıq məqsədilə Azərbaycan gənclərinin
səfərbər edilməsi” adlı Anlaşma Memo-
randumu imzalanmışdır.
UNDP ilə əməkdaşlıq