413
Beynəlxalq əməkdaşlıq
2013-
cü ilin iyununda ABŞ-ın Meri-
lend ştatında yerləşən fiziki və əqli qü-
surlu uşaqların təhsil aldığı məktəblərə
Heydər Əliyev Fondu adından maliyyə
yardımı göstərilmişdir.
2014-
cü ilin martında Heydər Əliyev
Fondu ali təhsillərini yenicə tamamla-
mış gənclərə peşə həyatına aparan yol-
da təlim və təcrübələr vasitəsilə yardım
etmək məqsədi ilə ABŞ-ın bu sahədə
böyük təcrübəyə malik olan “Urban Al-
liance” (Şəhər Alyansı) təşkilatı ilə birgə
yeni layihəyə başlamışdır.
2014-
cü ilin aprelində Heydər Əliyev
Fondunun “Save a Child’s Heart” (Uşaq
ürəyini xilas et) xeyriyyə təşkilatı ilə birgə
həyata keçirəcəyi layihənin Vaşinqtonda
xüsusi təqdimat mərasimi olmuşdur.
Heydər Əliyev Fondunun Türkiyə-
dəki nümayəndəliyi
2008-
ci ilin sent-
yabrında açılmışdır. Nümayəndəlik Azər-
baycan mədəniyyətinin geniş təbliği,
sağlam mənəvi dəyərlərin qorunması ilə
bağlı tədbirlər, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman və ekologiya sahələrinə
aid proqram və layihələr həyata keçirir,
müxtəlif fondlar, QHT-lər, ictimai təşki-
latlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli
sosial problemlərin həllinə yardımçı olur.
Türkiyədə Azərbaycan həqiqətləri-
nin ictimaiyyətə çatdırılması məqsədi
ilə 20 Yanvar faciəsinin, Xocalı soyqırı-
mının ildönümündə nümayəndəlik bu
ölkənin müxtəlif bölgələrində elmi kon-
frans və sərgilər keçirir.
Müxtəlif milli və dini bayramlarda
nümayəndəlik Türkiyədə təhsil alan tələ-
bələr üçün ziyafətlər təşkil edir, onlara
bayram sovqatı hədiyyə edir.