426
Beynəlxalq əməkdaşlıq
İslam Ölkələri Elm, Təhsil və Mə-
dəniyyət Təşkilatı (ISESCO) ilə Heydər
Əliyev Fondunun əməkdaşlığı 2005-ci
ildən başlamışdır.
Sivilizasiyalararası dialoq da daxil
olmaqla, müxtəlif sahələrdə genişmiq-
yaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan
uşaqlara diqqətinə, təhsilə, həmçinin
islam aləmində görülən işlərə böyük
dəstəyinə görə Fondun prezidenti Meh-
riban Əliyeva 2006-cı il noyabrın 24-də
ISESCO-nun Xoşməramlı səfiri adına la-
yiq görülmüşdür.
2007-
ci ilin aprelində Heydər Əliyev
Fondu ilə ISESCO arasında əməkdaşlıq
haqqında Protokol imzalanmışdır. Pro-
tokol elm, mədəniyyət, təhsil sahəsində
əlaqələrin inkişafını, birgə layihələrin
işlənib həyata keçirilməsini, fəaliyyətin
əlaqələndirilməsini nəzərdə tutur.
ISESCO ilə əməkdaşlıq