427
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin yanvar ayında Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA)
və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəyə dair sənədlər
imzalanmışdır. Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaq-
ların məişət zorakılığından müdafiə olunması, erkən nikahların qarşısının alınması
və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir.
UNFPA ilə əməkdaşlıq