428
Beynəlxalq əməkdaşlıq
Heydər Əliyev Fondunun BMT-nin
Uşaq Fondu (UNICEF) ilə əməkdaşlığı
çərçivəsində 2010-cu ilin avqustunda
anemiya və talassemiya üzrə “dəyirmi
masa” keçirilmişdir. Tədbirdə səhiyyə
sisteminin inkişafı, bu sahənin mad-
di-texniki bazasının, kadr potensialının
gücləndirilməsi və infrastrukturun ye-
niləşdirilməsi, anemiya və talassemiya
xəstəliklərinin qarşısının alınması üçün
əhalinin maarifləndirilməsi, bu xəstəlik-
lərlə mübarizə aparan dövlətlərlə əmək-
daşlığın genişləndirilməsi, ölkəmizdə
yüksəkixtisaslı kadrların hazırlanması
məsələləri müzakirə olunmuşdur.
2009
və 2011-ci illərdə Heydər Əli-
yev Fondunun, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin və
UNICEF-in ölkəmizdəki nümayəndəliyi-
nin birgə təşkilatçılığı ilə Azərbaycan
uşaqlarının I və II ümumrespublika fo-
rumları keçirilmişdir.
UNICEF-lə əməkdaşlıq