432
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin yanvarında ABŞ-ın “Save the Children” (Uşaqların xilası) təşkilatı
ilə birgə Anlaşma Memorandumu imzalanmışdır. Memorandum uşaqların fiziki və
psixo-sosial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil
almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəa-
liyyəti nəzərdə tutur.
2008-
ci ilin martında təşkilatın Şüvəlanda inşa etdiyi Uşaqlara və Ailələrə Dəstək
Mərkəzinə Heydər Əliyev Fondu tərəfindən nəqliyyat vasitəsi hədiyyə edilmişdir.
Mərkəz 100-dək xüsusi qayğıya ehtiyacı olan uşaqları alternativ qayğı ilə təmin edir,
təlimlər keçir və nəticədə uşaqların uşaq evlərinə və internatlara düşmələrinin qar-
şısı alınır.
ABŞ-ın “Save the Children” təşkilatı ilə əməkdaşlıq