433
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin avqustunda Heydər
Əliyev Fondu və Polşa Respublikasının
Azərbaycan Respublikasındakı Səfirliyi
arasında əməkdaşlıq haqqında saziş
imzalanmışdır. Bu əməkdaşlıq çərçivə-
sində Heydər Əliyev Fondu və Polşanın
Kiçik Qrantlar Fondunun maliyyə dəstə-
yi ilə 220 yerlik yeni məktəb binası inşa
olunmuş, müasir avadanlıqla təmin
edilmiş və 2009-cu ilin yanvarında isti-
fadəyə verilmişdir.
2012-
ci ilin dekabrında Polşada fəa-
liyyət göstərən Anna Dımnanın “Mimo
Wszystko” (Heç nəyə baxmayaraq)
Fondunun terapevtlərinin Azərbaycana
səfəri təşkil olunmuşdur. Səfər çərçivə-
sində həkimlər Daun Sindromlu Şəxslə-
rin Assosiasiyasında bir sıra məşğələlər
və kurslar keçmişlər. 2013-cü ilin martın-
da Azərbaycandan olan Daun sindrom-
lu uşaqların və onların valideynlərinin
Krakova səfəri təşkil olunmuşdur. Səfər
çərçivəsində uşaqlar Ventskovitsada au-
tizm xəstəliyindən əziyyət çəkən insan-
lar üçün Həyat Fermasının, Brat Albert
adına Fondun və Anna Dımnanın “Mimo
Wszystko” Fondunun terapiya seminar-
larında iştirak etmiş, Daun sindromlu
şəxslərin Assosiasiyasının “Dəcəllər”
teatrı isə “Albertiana-2013” Teatr-Musiqi
Yaradıcılığı Festivalının xüsusi qonaqları
kimi Krakovda Yuliuş Slovatski adına te-
atrda çıxış etmişdir.
Polşa Səfirliyi ilə əməkdaşlıq