434
Beynəlxalq əməkdaşlıq
2010-
cu ilin iyulunda Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycan Respublika-
sındakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memoran-
dumu imzalanmışdır. Memorandum çərçivəsində xüsusi istedada malik 20 azər-
baycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsaslarla təhsil almaq
hüququ qazanmışdır.
Layihənin davamı olaraq 2011-2013-cü illərdə də azərbaycanlı gənclər Litvanın
ali məktəblərinə qəbul olunmuşlar.
Litva Səfirliyi ilə əməkdaşlıq