444
Beynəlxalq əməkdaşlıq
2006-
cı ilin iyununda Heydər Əliyev Fondu Vaşinqton Elmlər Akademiyası ilə
birlikdə Bakıda “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Bey-
nəlxalq Konfrans keçirmişdir. Konfrans günlərində Azərbaycan Milli Elmlər Aka-
demiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxla-
nılan, UNESCO-nun Dünya Yaddaşı Proqramının beynəlxalq reyestrinə daxil olan
əlyazmalar və dünya tibb tarixi üçün əhəmiyyət kəsb edən digər əlyazmaların sər-
gisi təşkil olunmuşdur.
Orta əsr əlyazmalarında tibb və əczaçılıq”
mövzusunda I Beynəlxalq Konfrans