445
Beynəlxalq əməkdaşlıq
2007-
ci ilin noyabrında Bakıda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq
Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Gənclər
sivilizasiyaların alyansı naminə” konfransı keçirilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil, elm, gənclər, mədə-
niyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində
xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı uğrunda
Qlobal Səfir” adına layiq görülmüşdür.
Beynəlxalq konfrans günlərində elm, mədəniyyət və sosial sahələrdə müxtəlif si-
vilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri
haqqında məruzələr edilmişdir. Tədbirin sonunda beynəlxalq konfransın yekun sənə-
di – “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsi qəbul edilmişdir.
Gənclər sivilizasiyaların alyansı naminə” Beynəlxalq Konfrans