447
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin iyununda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ISESCO-nun
dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda Beynəlxalq Forum keçirilmişdir. Forumda dünyanın müxtəlif ölkələrindən
300-
dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin (Polşa, Latviya, Cənubi Afrika
Respublikası, Anqola və s.) birinci xanımları, ISESCO-nun Baş direktoru, UNESCO-nun
xoşməramlı səfirləri iştirak etmişlər. Beynəlxalq forumun sonunda dünya dövlətlərini
münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların
iştirakının artırılmasına çağıran Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Mədəniyyətlərarası dialoqda qadınların rolunun
genişləndirilməsi” mövzusunda Beynəlxalq Forum