448
Beynəlxalq əməkdaşlıq
2008-
ci ilin sentyabrında Bakıda Dünya gənclərinin 4-cü məşğulluq sammiti
(
YES) keçirilmişdir. Sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq
problemlərinin həlli istiqamətində dünyada daha fəal işin aparılmasına nail olmaq
idi. Yüzdən çox ölkədən 600 nümayəndənin qatıldığı Bakı sammitində yeni iş yerlə-
rinin yaradılması, xüsusi dövlət proqramlarının qəbul edilməsi və icrası, ətraf mühit
problemlərinin həllində gənc liderlərin iştirakı, sahibkarlığın cəmiyyətin inkişafında
rolu və digər məsələlər müzakirə olunmuşdur.
Dünya gənclərinin 4-cü məşğulluq sammiti