449
Beynəlxalq əməkdaşlıq
2009-
cu ilin oktyabrında Bakıda Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu,
BMT-nin Uşaq Fondu və “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanda
Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr
olunmuş “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə Milli Konfrans keçiril-
mişdir. Uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə
hərtərəfli və ahəngdar inkişafı, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi,
valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun tə-
min edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən konfransda uşaq hüquqla-
rının qorunması ilə bağlı müxtəlif mövzularda məruzələr oxunmuş, bu sahədə ya-
radılmış müstəqil monitorinq mexanizmi, həyata keçirilmiş tədbirlər, əldə olunmuş
nəticələr barədə ətraflı məlumat verilmişdir.
“
Azərbaycanda uşaqların müdafiəsi islahatı”
üzrə Milli Konfrans