Elm və təhsil
67
Ölkəmizdə məktəbəqədər təhsil
müəssisələrinə artan tələbatı nəzərə
alaraq Heydər Əliyev Fondu 2014-cü ildə
Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramını həyata keçirməyə
başlayıb. Proqramda müəssisələrin tə-
miri, yeni binaların inşası, təhsilin, tibbi
xidmətin, qidanın keyfiyyətinin yaxşı-
laşdırılması, qaçqın və məcburi köçkün
ailələrinin məskunlaşdığı müəssisələrin
aidiyyəti üzrə istifadəyə verilməsinin tə-
min edilməsi və digər məsələlərin həlli
nəzərdə tutulur.