Elm və təhsil
68
Heydər Əliyev Fondu hər il “Təhsilə
dəstək” layihəsi çərçivəsində Ermənis-
tanın Azərbaycana təcavüzü nəticəsində
daimi yaşayış yerlərini tərk etmiş qaçqın
və məcburi köçkün ailələrindən olan bi-
rinci sinif şagirdlərinə çanta və məktəb
ləvazimatı hədiyyə edir. Gürcüstanın
azərbaycanlılar yaşayan bölgələrindəki
məktəblərə, həmçinin Azərbaycanın Qax,
Zaqatala və Balakən rayonlarında tədri-
sin gürcü dilində aparıldığı məktəblərə
də mütəmadi olaraq yeni dərslik və tədris
ləvazimatları göndərilir.
Heydər Əliyev Fondu təhsil müəs-
sisələrinin dərs vəsaiti və müxtəlif ədə-
biyyatla təchizatına da xüsusi önəm
verir. Bir sıra xarici təşkilat və şirkətlərin
(“
World Vision”, “JP Morgan”, “Exxon
Mobil”, Rusiyanın “Puşkin kitabxanası”
Fondu) Fonda hədiyyə etdikləri müxtə-
lif adda çoxsaylı nəşrlər ölkənin ali və
ümumtəhsil məktəblərinə, uşaq evləri
və internat məktəblərinin kitabxanaları-
na paylanılmışdır.