Səhiyyə
86
2004-
cü ilin dekabrında Bakıda Hey-
dər Əliyev Fondu, Azərbaycan Diabet Cə-
miyyəti və Danimarkanın “Novo Nordisk”
şirkətinin təşkil etdikləri “Diabetli uşaqla-
ra ən yüksək qayğı” layihəsi bu sahədə ilk
ciddi addım oldu. Həyata keçirilən layihə
çərçivəsində Azərbaycanda diabet xəstə-
liyinə düçar olmuş 14 yaşınadək uşaqlar
müntəzəm olaraq insulin preparatları və
şpris-qələmlərlə təmin edilirlər.
Diabetli uşaqlara ən yüksək qayğı”
layihəsi çərçivəsində Heydər Əliyev Fon-
dunun dəstəyi ilə sosial qayğıya xüsusi
ehtiyacı olan, şəkərli diabet xəstəliyinə
tutulmuş uşaqların sosial-psixoloji rea-
bilitasiyası üçün 2009-cu ildə Lənkəran-
da, 2010-cu ildə isə Gəncədə istirahət
düşərgələri təşkil olunmuşdur.
Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi